Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya verdiyi müsahibədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, artıq bu bəyanatları izləmədiyini və şərh etmək niyyətində olmadığını vurğulayıb.
Nazir qeyd edib ki, Zaxarovanın səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:
“Həmin qadının bəyanatı həqiqətə uyğun deyil. Reallıq, o cümlədən KTMT hissəsində tamamilə əks idisə, başqa cür idi”.
Mirzoyan İrəvanın Moskvadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözləntilərinə də toxunub. Onun sözlərinə görə, Ermənistan həm ikitərəfli sənədlər xətti ilə Rusiyaya, həm də iki dəfə KTMT-nin 4-cü maddəsinə əsasən təşkilata müraciət edərək kömək istəyib:
“Biz müdaxiləni bizim əvəzimizə (Azərbaycana qarşı) vuruşmaq mənasında istəməmişdik. Lakin biz ümid etdiyimiz yardımı almadıq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
