Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya verdiyi müsahibədə “TRIPP” layihəsindən (Zəngəzur dəhlizi – red.) danışıb.
KONKRET.az xəbər verir ki, o bildirib ki, bu layihə çərçivəsində tikinti işləri gələn ilin yazında başlaya bilər.
Nazir qeyd edib ki, həm Ermənistan, həm ABŞ, həm də digər maraqlı tərəflər elektrik enerjisinin tranzitinin dəmir yolu layihəsinin reallaşmasından daha tez başlanılmasında həmrəydirlər:
“Həm biz, həm ABŞ, həm də maraqlı tərəflər hesab edirlər ki, elektrik enerjisinin tranziti dəmir yolu layihəsinin həyata keçirilməsindən daha əvvəl başlaya bilər, çünki birincini reallaşdırmaq daha asandır”.
Natiq Səlim,
KONKRET.az
