“ARAZ” market, yoxsa “qul bazarı”? – Şəbəkə genişləndikcə ŞİKAYƏTLƏR artırbackend

"ARAZ" market, yoxsa "qul bazarı"? - Şəbəkə genişləndikcə ŞİKAYƏTLƏR artır  

“Siz harada, Araz orada”…

Bu devizlə uzun illərdir fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsini yəqin ki, tanımayan və ən azından bu şəbəkənin marketlərindən heç olmasa bir dəfə də olsun alış-veriş etməyən adam tapılmaz. Doğrudan da şirkət sloqanına sadiq qalaraq müştərilərinin əlçatanlığını, həmçinin nəhəng supermarketlərlə rəqabətə davamlılığını təmin etmək məqsədilə şəbəkəsini ildən-ilə daha da genişləndirir. Və sözsüz ki, bununla da yeni-yeni iş yerlərinin açılmasına şərait yaratmış olur. Amma təəssüf ki, şirkət əməkdaşlıq üçün ona üz tutanlara qarşı heç də ədalətli davranmır, onların əmək hüquqlarına hörmətlə yanaşmır, əksinə istismar yolunu tutaraq işçiləri özündən narazı salır.

KONKRET.AZ-ın redaksiyasına daxil olan məktubda şirkətin “istismar xətti”ni ətraflı cızan keçmiş işçi bildirir ki, çalışdığı marketdə işçilər ştatla ayrı-ayrı vəzifələr daşısalar da, işçi çatışmazlığından bir nəfər çox vaxt bir neçə işçinin vəzifəsini yerinə yetirmiş olur. Bu azmış kimi, işçilər 10-12 saat, bəzən hətta 13-14 saatlıq iş rejimində çalışdırılır. 250-350 manat maaş müqabilində insanların belə şərtlərlə uzun müddət işləyə bilmədiyini deyən şikayətçi bildirir ki, bunun nəticəsidir ki, şirkətin İnsan Resursları Mərkəzində işdən çıxmaq üçün müraciət edənlərin əlindən tərpənmək olmur.

Yeri gəlmişkən, hər addımbaşı özünüreklama can atan şirkətin facebook səhifəsində karyera üçün ən ideal iş yeri kimi təqdim etdiyi  çarxına göndərilən rəylərdə də şirkətin işçiləri hansı prinsiplə çalışdırdığı açıq-aydın öz əksini tapıb:

“İşçilər əziyyət çəksin, siz də haqqını verməyin. Əvəzində isə o pullarla videoçarxlar çəkib reklama xərcləyin ki, bilməyənlər bu istismara gəlsin”;

“Meyvə-tərəvəzdə adam tapılmır, qışqıra-qışqıra qalırsan. Bir adam həm meyvə-tərəvəzə, həm ət və süd məhsullarına baxır. Reallıqdır. İşçilərə yazığınız gəlsin, hər gün eyni mənzərədir”;

“On iki saat iş, kassaya bax, vitrin yığ, yer süpür, axırda da 300 manat maaş. İstismar edirsiniz xalqı…” kimi ayrı-ayrı şərhlərdən də göründüyü kimi, şirkət istismarı özünün əsas strategiyasına çevirib.

Doğrudur, hazırda ölkədə işçi hüquqlarını hər fürsətdə kobud surətdə pozan şirkətlər kifayət qədərdir. Və araşdırmalarımız göstərir ki, belə hallar məhz son 3-4 il ərzində daha da artıb. Belə ki, ölkə başçısının 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ imzaladığı qanundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qanunun tələblərindən irəli gələn bir sıra yoxlamaları dayandırıb ki, bu da bir növ bəzi şirkətlərə yersiz fürsətlər qazandırıb.

Bəs görəsən, bütün bunlardan ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xəbəri varmı? Məsələ ilə bağlı sorğumuza cavab olaraq xidmətin mətbuat katibi Aynur Osmanqızı bildirdi ki, Xidmət cari ilin yanvar-oktyabr aylarında işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı 7154 ərizəni (şikayəti) və 5257 sorğunu araşdıraraq aşkar edilən  pozuntuların aradan qaldırılmasını və işçi hüquqlarının bərpasını təmin edib. Eyni zamanda, cari il ərzində “Araz” supermarketlər şəbəkəsi ilə bağlı da Xidmətə vətəndaş müraciətləri daxil olub və həmin müraciətlər qurumun səlahiyyəti daxilində, qanunvericiliyə uyğun olaraq araşdırılaraq cavablandırılıb.

A.Osmanqızı həmçinin insanların əmək hüquqlarının pozulması ilə bağlı faktlarla əlaqədar sosial şəbəklərdə münasibət bildirməkdənsə, ilk instansiya  kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada ərizə ilə, o cümlədən nazirliyin 142 “Çağrı mərkəzi”nə müraciət etmələrinin daha məqbul olduğunu bildirdi: “İşçilər həmçinin nazirliyin rəsmi saytının “Müraciət” bölməsinə daxil olaraq qurumun rəsmi şəxslərinin əlaqə nömrələri və e-poçt ünvanları vasitəsi ilə qəbula da yazıla bilərlər. Eləcə də online formada ([email protected]) və poçt vasitəsilə müraciətlərini Xidmətə çatdıra bilərlər”.

Xidmət rəsmisi qeyd etdi ki, yalnız bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən:

  • işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi,
  • əməyin ödənilməsi,
  • məzuniyyət və istirahət hüququnun təmin edilməsi,
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti,
  • əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi,
  • işçilərin və iş yerlərinin attestasiyası,
  • işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası,
  • iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi və digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirərək, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərlə bağlı inzibati tədbirləri görür.

Yuxarıda adı çəkilən “Araz” Supermarketlər Şəbəkəsində baş alıb gedən işçi hüquqlarının pozulması faktlarına şəbəkənin rəsmi münasibətinə gəlincə, şirkətin piar-meneceri Büllurə Əmirovanın cavabı şablon və lakonik oldu: “Şərhlərdə əməkhaqqı ilə bağlı yazılan fikirlər tamamilə əsassızdır. Əməkdaşlarımız əmək bazarında rəqabətə davamlı əməkhaqları ilə təmin olunurlar. İş vaxtları isə əmək qanunvericiliyinə əsasən tənzimlənir”.

Fikrimizcə, bu qədər insanın iradlarını bir kəlmə ilə əsassız adlandırmaq böyük məsuliyyətdir və belə məsuliyyətin altına girən şirkətin fəaliyyəti  oradan narazı işçilərin və aidiyyəti orqanların birgə səyi nəticəsində qanunvericiliyə uyğun olaraq ifşa olunmalıdır.

KONKRET.AZ sosial şəbəkədəki bəzi şikayətlərin görüntülərini təqdim edir:

 

 

 

 

  • Miraga
    Aprel 3, 2020 - 21:27

    Sala butun arazlar eledi maasda azdi insana hormet etmirler bele is qrafiki olmaz

  • Dayımı müsderi
    Yanvar 4, 2021 - 20:47

    Enzes Araz market deyilen xarabaxana adminstrator deyles şexsiyetsiz xanlm aysel müsderi yanlnda işçini tekkir edir hansl zəmanədə yaşayırıq biz bu ne öz basnallqdl ki müsderi yanlnda işçini tekkir edir hətta bu barədə Mehriban xanıma yazllr olaraq muraciyet etmişik ola bilerki kimse ehtiyac üzündən 24 saat ayaq üsdü ayllql 300 400 manata isdiyen insanl bu qədər tekkir etmek olar

  • Jurnalist
    Yanvar 4, 2021 - 20:55

    Men o gün gözlerimin şahidiyəm ki orda isdeyen şərəfsiz bir adminstrator var işçini ele tekkir ettiki ele yazlqlm geldiki o xanlma ENZ. Enzes Araz marketin Allahlnlz olsun bele olmaz axll bu mesajlml. Oxuyan Araz işçisi sözü keçən biri bu adminstrator barəsində tədbir olunmasa Hətta şikayət məktubunu Azerbaycan birinci xanımından tutmuş Cənab prezidentə kimi şikayət məktubu yollayacayllq kiminsə hakklna girmek bu cür incitmək olmaz Allahlnlz Olsun dərhal tedbir götürün və maraqlanln görün 1 ay ərzində neçə nəfər işdən clxlb oradan 1 pis olsun 2 olsun hamsl olmaz axll kamera var acln baxlln şerefiniz vicdanlnlz Allahlnlz olsun

  • Ayten
    Yanvar 13, 2021 - 01:21

    Salam men isdemey isdiyirem satici onlayin qeydoyatdan kecmek olur?

  • Mrtualet
    İyul 29, 2022 - 17:13

    Tualet xidmətləri üzrə komitə ne vaxt açılacaq? Osuruk binaları istifadəyə verilib ki inşasına başlanılıb istintaq bu vaxt nə sınağ da var idi həm də üni ordadıye da var idi ki sən oxuyassan nə də plastik və alüminium zavodu və son idi ki onun da istifadə edə bilərlər ki sən

  • Vətəndaş
    İyul 27, 2023 - 18:37

    Ölkem günü günnen çiçeklenir super ölkem

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*