ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahının yaxınlığında hava hücumundan müdafiə sistemləri ilə yanaşı, “LOCUST” anti-dron lazer sistemi də yerləşdirilib.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, bu nəticə “Getty” fotoqrafı Endryu Harnikin oktyabrın 31-də çəkdiyi şəkillərə əsaslanır.
Fotolarda sahildə yerləşən yüngül zirehli maşına quraşdırılmış ən azı bir “LOCUST” lazer sistemi göstərilir. O, “AN/TWQ-1 Avenger” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi üzən platformanın yanında yerləşir.
