Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunan Səbuhi Sadıqov kimdir? – Dosyebackend

Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunan Səbuhi Sadıqov kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

KONKRET.az Səbuhi Sadıqovun dosyesini təqdim edir:

1984-cü ildə anadan olub.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışıb və baş menecer səviyyəsinədək yüksəlib.

2018-2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*