Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 670 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
KONKRET.az xəbər verir ki, bu haqda Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkəti məlumat yayıb.
“Kifayət qədər yağıntı və bənd sularının axınının idarə olunması əvvəlki illərin kəskin azalmasını kompensasiya edib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000 kvadrat kilometrdən çox olub.
