Bu bağçanı bit basıb?backend

Bu bağçanı bit basıb?

“Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində uşaqlar arasında pedikulyoz (baş biti və sirkə) hallarının mövcudluğu yoxlanılıb, aparılan baxış zamanı belə hala rast gəlinməyib:

“Bununla yanaşı, müəssisədə sanitar-gigiyenik norma və qaydalara riayət olunması vəziyyəti də qiymətləndirilib. Yoxlamanın nəticələrinə əsasən, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunduğu müəyyən edilib. Bildiririk ki, uşaqların sağlamlığının qorunması və müəssisədə sanitariya-gigiyena normalarına riayət olunması istiqamətində müvafiq nəzarət tədbirləri davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*