Egey dənizində yerləşən Yunanıstana məxsus Santorini adası sahillərində ard-arda zəlzələlər baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 11:13-də Egey dənizində 4,7 baş gücündə zələzlə olub. Saat 11:38-də isə 4,8 bal gücündə 2-ci zəlzələ qeydə alınıb.
Daha sonra 2 dəqiqə vaxtla – saat 11:40 və 11:42-də 4, 3 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, son 6 gündə 400-dən çox zəlzələnin baş verdiyi bölgədə yerləşən Santorini adasını yerli sakinlər tərk etməyə başlayıb./axaraz