Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdibackend

Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq regionuna yeni hərbi texnika göndərməsini kəskin tənqid edib.

KONKRET.az xəbər verir ki, Qalibaf “X” platformasında (keçmiş Twitter) etdiyi paylaşımda ABŞ-nin hərəkətlərini “ikiüzlü” adlandırıb:

“Amerikalılar daim regiona yeni hərbi texnika köçürür və iddia edirlər ki, bu, müharibəyə son qoymaq məqsədi daşıyır. Onlar elə bilirlər ki, bizim kəşfiyyat onların intellekti qədər zəifdir”.

Spikerin sözlərinə görə, Tehran ABŞ-nin bu cür addımlarını düzgün qiymətləndirmək üçün artıq kifayət qədər təcrübəyə malikdir: “Biz artıq ABŞ-nin bu oyunlarını tanımağı öyrənmişik və müvafiq şəkildə hazırlaşmışıq. Bəyanatlar əməllərlə təsdiqlənməlidir, onlara zidd olmamalıdır”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*