Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Bakının bir sıra ərazilərində planlı təmir işləri aparılacaq.
KONKRET.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, təmir işləri ilə əlaqədar müxtəlif saatlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində aparılan təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami rayonunda isə Yavər Səfərov küçəsinin bir hissəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.
Suraxanı rayonunun Zığ qəsəbəsində, Rövşən Göyüşov küçəsində isə elektrik enerjisinin verilişinə saat 10:00-dan 14:00-dək fasilə veriləcək.
“Azərişıq” ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
