Husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi blokada və hücumlara cavab olaraq, “dişə-diş” prinsipinə əsaslanaraq krallığa qarşı dərhal qüvvəyə minən dəniz embarqosu tətbiq etdiklərini bəyan ediblər.
KONKRET.az xəbər verir ki, husilər həmçinin Səudiyyə Ərəbistanı tərəfindən atılacaq hər hansı növbəti addımın “hərtərəfli və qətiyyətli” cavabla qarşılanacağı barədə xəbərdarlıq ediblər. Qruplaşma ümummilli səfərbərlik çağırışı edərək, tərəfdarlarını mümkün bütün ssenarilərə hazır olmağa səsləyib.
Natiq Səlim,
KONKRET.az
