DÇ-2026-dan gəliri rekord həddə çatacaq: 15 milyard dollarbackend

DÇ-2026-dan gəliri rekord həddə çatacaq: 15 milyard dollar

“The Guardian”ın FİFA rəhbəri Canni İnfantinonun bəyanatına istinadən verdiyi məlumata görə, 2026-cı il dünya çempionatından əldə edilən gəlirlər rekord göstəriciyə — 15 milyard dollara çatacaq.

KONKRET.az xəbər verir ki, əvvəlcə gəlirlərin 11 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən əvvəlki çempionatın gəliri 7,6 milyard dollar təşkil etmişdi. Gəlirlərin bu cür kəskin artımı turnirin 32 deyil, 48 komanda ilə keçirilməsi, həmçinin reklam və bilet qiymətlərinin bahalaşması ilə birbaşa bağlıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*