Argentinadan KRİTİK QƏRAR: Ruslara ölkəni təcili tərk etmək əmri verildibackend

Argentinadan KRİTİK QƏRAR: Ruslara ölkəni təcili tərk etmək əmri verildi

Argentinanın Miqrasiya Xidməti ruslara turist qalma müddətini və yaşayış icazələrini uzatmaqdan kütləvi şəkildə imtina etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin konsulluq şöbəsinin rəhbəri Georgi Polin bildirib.

O bildirib ki, bir sıra hallarda ruslara deportasiya təhlükəsinə görə mümkün qədər tez ölkəni tərk etmək əmri verilib.

“Biz Argentinanın miqrasiya departamentinin ruslara yaşayış icazəsi verməkdən imtina etməsi və turist qalma müddətinin uzadılmasına dair neqativ qərar qəbul etməsindən xəbərdarıq. Hətta ruslara “deportasiya proseduruna başlamaq təhlükəsi ilə” Argentinanı mümkün qədər tez tərk etmək əmri verilib”, – Polin deyib.

Diplomatın sözlərinə görə, Argentina Miqrasiya Xidməti imtinaları Rusiya-Argentina sazişinin vizasız gediş-gəliş haqqında müddəaları ilə əsaslandırır. Bu sənədə görə, pasportu olan ruslar hər 180 gün müddətində 90 gün vizasız ölkəyə daxil ola, çıxa və qala bilərlər.

Eyni zamanda, Polin vurğulayıb ki, digər əcnəbilər Argentinanın miqrasiya orqanlarından rədd cavabı almırlar.

“Demək olar ki, bu qərar yalnız Rusiya vətəndaşlarını şamil olunur”,- deyə diplomat fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*