KONKRET.az xəbər verir ki, politoloq Armen Minasyan öz Facebook səhifəsində yazır ki, Ermənistan, Qarabağ, diaspor, erməni lobbisi 30 ildir ki, dünya üçün Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisəsi deyil, xalqların bir təcavüzkar qonşuya qarşı öz müqəddəratını təyinetmə uğrunda mübarizəsi kimi təqdim edir. “Və insafən Abxaziya, Osetiya, Dnestryanı bölgə, Krım və Donbassdan fərqli olaraq, Qarabağ heç vaxt beynəlxalq sənədlərdə və diplomatiyada ərazi mübahisəsi olaraq xatırlanmayıb. Bu, çox böyük ölçüdə beynəlxalq aləmin güzəştidir. Amma bu gün həmin nəticələrə kölgə salındı”.
Politoloq vurğulayır ki, Baş Nazirin rəsmi saytında “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa nəzarət uğrunda müharibə” cümləsi işlədilib.
Bu fikirlər isə Nikol Paşinyanın İtaliyanın “Corriere de la Sera” qəzetinə verdiyi müsahibənin tərcüməsindən bir parça idi.
“İndi deyin görək bu nə deməkdir? Sizə elə gəlmirmi ki, biz nədəsə səhv edirik? Belə çıxır ki, Paşinyanın açıqlamaları Qarabağda əldə etdiyimiz uğurlara kölgə salır”, – deyə o, bildirib.
”
