ArmNews telekanalı və Tert.am saytı fəaliyyətini DAYANDIRIRbackend

ArmNews telekanalı və Tert.am saytı fəaliyyətini DAYANDIRIR

Ermənistanın ArmNews telekanalı, ArmNews FM radiosu və Tert.am nəşrinin daxil olduğu “Karyak Media” şirkəti fəaliyyətini dayandırır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin qurucularından biri Samvel Fərmanyan bildirib. Onun sözlərinə görə, uzun müddət fəaliyyətlərini necə davam etdirəcəkləri ilə bağlı çətin qərarla üzləşiblər. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri alsalar da, bu təkliflər onların prinsiplərinə zidd olub.

“Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ağrılı, lakin ən təbii qərarı verdik – “Karyak Media” fəaliyyətini dayandırdı”, – Fərmanyan bildirib.

Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*