“Arxayınlaşmayın, payızda…” – ÜST rəsmisindən “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQbackend

"Arxayınlaşmayın, payızda..." - ÜST rəsmisindən "Delta" ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

KONKRET.az xəbər verir ki, o, bəzi yumşalda tədbirlərinə arxayınlaşmamağın vacibliyinə toxunub.

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır:

“Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*