Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)backend

Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)

Jurnalist Cem Küçüklə bağlı aparılan istintaq çərçivəsində jurnalist və xəbər aparıcısı Tahir Sarıkaya barəsində qərar verilib. Sarıkaya “şantaj” ittihamı ilə həbs olunub.

KONKRET.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Sarıkayanın hesablarında mənbəyi məlum olmayan yüksək məbləğli pul daxilolmaları və köçürmələri aşkar edilib. Bu köçürmələrin bir hissəsinin kripto hesablara ötürüldüyü müəyyənləşdirilib.

Eyni istintaq çərçivəsində “şantaj” ittihamları ilə saxlanılan jurnalist Cem Küçük avqustun 1-də həbs edilmişdi.\\milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*