Arxitektor: “Tikinti zamanı oğurluğa son qoymaq, korrupsiyaya qalib gəlmək lazımdır”backend

Arxitektor: “Tikinti zamanı oğurluğa son qoymaq, korrupsiyaya qalib gəlmək lazımdır”

Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir.

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, çoxmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb. “Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır, – deyə Vahid Əhmədov bildirib.

KONKRET.az xəbər verir ki, tanınmış arxitektor Elçin Əliyev bu yanaşmanı sərt tənqid edib. O, öz fikirlərini belə əsaslandırıb: “Ölkədə 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan edilməsi məsələsinin Milli Məclisdə müzakirəsi təklif edilib. Allahım, həyatımızın bütün sahələrində açıq-aşkar bacarıqsızlıq! Binaların hündürlüyünün bura nə dəxli var?

Bütün dünyada, o cümlədən zəlzələ zonasında göydələnlər tikilir: müasir tikinti texnologiyaları və konstruktiv materiallar hətta okeanın ortasında belə dayanıqlı binalar tikməyə imkan verir.

Hörmətli deputatlar! Bacarıqlı mütəxəssislərə müraciət etmək, tikinti zamanı oğurluğa son qoymaq, nəhayət, korrupsiyaya qalib gəlmək lazımdır! Binaların hündürlüyünün bununla heç bir əlaqəsi yoxdur!”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*