Arzu Nağıyev: “Erməni təxribatı nəticəsində dağıdılan evlərin təmiri ilə bağlı mütəmadi məlumatlar alıram”backend

Arzu Nağıyev: "Erməni təxribatı nəticəsində dağıdılan evlərin təmiri ilə bağlı mütəmadi məlumatlar alıram"

“Tovuz rayonu İcra hakimiyyəti və yerli icra nümayəndəsi ilə əlaqəm var, köməkçim mütəmadi əlaqə saxlayır. Təbii ki yaxın zamanda rayona gedəcəm və təmir işləri ilə özüm də tanış olacam.”

Bu fikirləri  KONKRET.az-ın Gəncə-Qazax bürosuna Tovuz rayonunda seçilən millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, Xüsusən Dondar Quşçu və digər kəndlərdən mütamadi məlumatlar alır.

” Məlum hadisələrdən sonra Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Bu kəndlərdən biri olan  Dondar Quşçu kəndi təmsil olunduğum seçki dairəsinə daxildir. Həmin vaxt, yəni 12- 16 iyul tarixlıərində orada olmuşam, seçicilərimdən iki ailənin yaşadıqları ev və köməkçi tikililəri ciddi zədələnib. Tovuz rayonu Dondar Quşçu kəndində Fövqəladə Hallar Nazirliyinin tikinti briqadası tərəfindən ermənilərin atdığı mərmi nəticəsində ciddi ziyan dəymiş Əliyeva Dilarə Əhməd qızına və Abdullayeva Roza Asif qızına məxsus 2 fərdi yaşayış evinin təmirinə başlanılıb.” – deyə millət vəkili qeyd edib.

Kamil Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*