“ASAN”-dan əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı RƏSMİ CAVABbackend

“ASAN"-dan əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı RƏSMİ CAVAB

“ASAN Xidmət əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət)  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:

“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.

Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 ASAN Xidmət Mərkəzi, 2 ASAN Kommunal Mərkəzi fəaliyyət göstərir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*