Aşot Qulyan: “Fransız millət vəkilləri ilə xoş və zəngin anlarla dolu iki gün keçirdik” - FOTO
617
Qondarma “Dqr”-in Milli Məclisinin sədri Aşot Qulyan fransalı deputatların bölgəyə səfərini əks etdirən fotolarını özünün Facebook səhifəsində yerləşdirib. Konkret.az Aşot Qulyanın statusunu diqqətinizə çatdırır: “Fransız millət vəkilləri ilə xoş və zəngin anlarla dolu iki gün keçirdik. Fransa parlamentarilərinin Artsaxa münasibəti səmimi idi. Onlar Artsaxın problemlərini çox dərindən hiss edirlər və qiymətləndirmələrdə qərəzsizdirlər”. O, statusunda vurğulayıb ki, “hər kəs cəsarət və iradəyə sahib deyil. Amma bölgəyə gələn bu dəfəki fransız qonaqlarda problemimizi qiymətləndirmədə cəsarət gördük. Ümid edirik ki, onların nümunəsi dünyada yayılar”.