Aşotyan: “Nikol fərqli ideoloq maskası taxaraq yeni rola girir”backend

Aşotyan: "Nikol fərqli ideoloq maskası taxaraq yeni rola girir"

“Son vaxtlar Nikol Paşinyan rekord boşboğazlıqla məşğuldur”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi məhbus Armen Aşotyan yazıb.

O daha sonra fikirlərini belə əsaslandırıb: “Üst-üstə düşən ictimai hadisələr, nəyin bahasına olursa-olsun Ermənistanın əhalisinin azaldılmasını sürətləndirmək istəyi, davam edən cəzasızlıq, dərinləşən qorxulara qarşı müdafiə reaksiyaları açıq-aydın göz önündədir. Bu mərhələdə o, bizim inancımıza, tariximizə, kimliyimizə, əxlaqımıza zərbə vuraraq, məzmun baxımından Ermənistanın boşaldılmasını həyata keçirir.

Klassik populist və ya terminologiyası ilə hakimiyyətə gələn Nikol populizmdən avtoritarizmə doğru yol alıb, lakin bunu gözəl paketlənmiş transformasiya adlandırır. Amma əslində bu, ilk növbədə özünün, sonra ətrafının və nəticədə bütün dünya cəmiyyətin deformasiyasıdır.

Diktator olmaq yolunu tutan hər bir populist kimi Nikol da millətin ziyalı lideri, “dərin mütəfəkkir”, fərqli ideoloq maskası taxaraq yeni rola girməyə çalışır.

Bir çox diktatorlardan fərqli olaraq, onun özünü “erməni demokratiyasının atası” kimi təqdim etmək üçün elementar intellektual, iradəli və ya tarixi əsasları yoxdur. Sonda tarix kimi ideologiyalar da qalib gəlir. Paşinyan isə müasir dünya tarixi baxımından uduzan tərəfdir.

O, “Dövlət Vətənə qarşıdır” axmaq tezisinin şərəfsiz təbliğindən sonra Ermənistanı real və tarixi yerə bölərək bu sintetik anlayışları bir-birinə qarşı qoyan yeni oyuncaq tapıb.

Ermənistandakı siyasi məhbuslar məsələsi də Paşinyanın açıq və əsassız tənqidləri müstəvisində öz əksini tapıb. Əvvəla, bəşər tarixində heç bir diktator onun rejimi ilə razılaşmayanların hamısını həbsə atmayıb. Amma bizdə hər şey fərqlidir”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*