AŞPA Azərbaycana müşahidəçi heyəti göndərəcəkbackend

AŞPA Azərbaycana müşahidəçi heyəti göndərəcək

Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

KONKRET.az APA-ya istinadən məlumat verir ki, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

AŞPA-dan verilən məlumata görə, müşahidəçilərdən ibarət daha kiçik nümayəndə heyəti isə seçkidən əvvəl seçkiqabağı mühiti müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*