Astanadakı Türk Akademiyasında elmi nəşrlərin təqdimatı keçirilibbackend

Astanadakı Türk Akademiyasında elmi nəşrlərin təqdimatı keçirilib

Oktyabrın 29-da Astana Avrasiya Milli Universitetində  “Dil və ədəbi irs – birliyin əsası” adlı elmi seminarı çərçivəsində yeni nəşrlərin təqdimatı olub. Mərasimdə Türk Akademiyasının vitse-prezidenyi Asxat Kəsikbayev, Avrasiya Milli Universitetinin prorektoru Ardak Beisenbay, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, Qırğızıstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Dastan Dyuşekeyev və digərləri iştirak ediblər.

Təqdim olunan əsərlər arasında Krım tatar şairi və türkşünas alim Bəkir Çobanzadənin qazax dilinə ilk dəfə tərcümə edilmiş “Tiltutka” adlı seçilmiş əsərlərindən ibarət toplusu xüsusi diqqəti cəlb edib. Kitabda müəllifin türkşünaslıq üçün əhəmiyyətli olan əsas tədqiqatları yer alıb. Təqdimatda Türk Akademiyasının 37-dən çox sahəni əhatə edən “Türk dillərinin terminoloji lüğətləri”nin yaradılması layihəsi də təqdim olunub. Bu dəfə iqtisadiyyat, tibb və hərbi işlərə aid lüğətlər təqdim edilib ki, bu da elmi terminologiyanın standartlaşdırılması istiqamətində mühüm addım sayılıb. Nəşrlər arasında Axmet ​​Buranın böyük türkmən şairi Məhdumqulu  Pirağının  300 illik yubileyinə həsr olunmuş “Məhdimqulu” monoqrafiyası və Azər Turanın “Əli bəy Hüseynzadə” kitabları təqdim olunub.

Məhəmməd Hüseyn Şəhriyar və Bulud Qaraçorlu Səhədin əsərlərinin yer aldığı   toplu qonaqların marağına səbəb olub.  Türk Akademiyasının vitse-prezidenti Asxat Kəsikbayev Akademiyanın prezidenti Şain Mustafayevin adından təbrik sözlərini çatdırıb.

Tədbir iştirakçıları Türk Akademiyasına türk xalqlarının mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsinə mühüm töhfəsinə görə minnətdarlıqlarını bildirib, belə nəşrlərin vahid elmi məkanın yaradılmasına töhfə verdiyini vurğulayıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*