Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini, 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.
Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.
