Atası müsəlman uşağa şiddətə görə İrəvanda dayə və müəllimlərə cinayət işi açıldıbackend

Atası müsəlman uşağa şiddətə görə İrəvanda dayə və müəllimlərə cinayət işi açıldı

Pakistan ictimaiyyətinin hiddət və etirazlarından sonra İrəvanda uşaq bağçasında dayə və müəllimlər barəsində cinayət işi başlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenia Today”-ə İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib. Uşaqlara qarşı zorakılıqda şübhəli bilinən dayələr və müəllimlər barəsində cinayət işi başlanıb. Həbs-qətimkan tədbiri kimi yaşadıqları ərazini tərk etməmə barədə tanınma seçilib.

İrəvanda fəaliyyət göstərən uşaq bağçalarından birinə gedən qız atası pakistanlı və müsəlman olduğu üçün sistemli şəkildə işçi heyəti və tərbiyəçilər tərəfindən zorakılığa məruz qalıb.

Dayələr R.K. və S.K., həmçinin repetitorlar İ.A. və A.K. atası milliyyətcə pakistanlı olan uşağı mütəmadi olaraq müxtəlif işgəncələrə məruz qoyub, nəticədə uşaq fiziki ağrı və ruhi əziyyət çəkib.

Bu hadisə Pakistan mətbuatında geniş işıqlandırılıb. “Pakistan In The World”, “The Diplomatic Insight”, “Centreline”, “Islamabad Post”, “DNA News Agency”, DND, “Pakistan Economic Net” və s. kimi xəbər agentlikləri və nəşrləri bu barədə yazıb.

“Uşaq cinsi zorakılığa məruz qalıb. Onun əlləri və boynu iplə bağlanıb, sinəsinə qızdırılmış dəmir oyuncaq basılıb. Qız torpaq, ot və nəcis yeməyə məcbur edilib”, – Pakistan mətbuatı yazıb.

Əvvəlcə heç bir tədbir görməyə lüzum görməsələr də, məsələnin beynəlxalq səviyyədə ictimailəşdirilməsi Ermənistanın hüquq mühafizə orqanlarını hərəkətə keçməyə məcbur edib.

Daxil olan məlumat əsasında İstintaq Komitəsi tərəfindən təhsil işçiləri və dayələrə qarşı Cinayət Məcəlləsinin milli, irqi və ya dini ədavət zəminində xüsusi amansızlıqla törədildikdə fiziki ağrı və ya ağır ruhi iztirablar vermə maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*