ATƏT Azərbaycan və Ermənistanı dialoqa başlamağa çağırdıbackend

ATƏT Azərbaycan və Ermənistanı dialoqa başlamağa çağırdı

ATƏT Azərbaycan və Ermənistanı dialoqa başlamağa çağırıb.

KONKRET.az xəbər verir ki, ATƏT sədrinin mətbuat katibi Kempinski Azərbaycan və Ermənistanı dialoqa başlamağa dəvət edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rau, Polşanın təşkilatdakı daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski Bakı və İrəvanı güc tətbiqindən çəkinməyə səsləyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və Dağlıq Qarabağla bağlı mübahisənin həlli üçün mənalı dialoq aparmağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi, regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səylərini yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir” – deyə ATƏT nümayəndəsi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*