Avroliqa: “Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldubackend

Avroliqa: "Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

 

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Virtualaz.org bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə “Makkabi”lə (Təl-Əviv) üz-üzə gəlib.

“Blumfild” stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 10-cu dəqiqədə Yonaten Kohen vurub.

Qrupun digər oyununda “Villareal” (İspaniya) öz meydanında “Sivaspor”u (Türkiyə) məğlub edib – 5:3.

“Qarabağ” qrupda ikinci matçını oktyabrın 29-da “Villareal”a qarşı keçirəcək. Matç Türkiyədəki “Başakşehir Fatih Terim” stadionunda olacaq.

Yeri gəlmişkən, Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra açıqlama verib. O bildirib: “Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı”.

48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunun “Makkabi” (Təl-Əviv, İsrail) ilə səfər oyunu barədə fikirlərini açıqlayıb. O, komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra mətbuat konfransında görüşü dəyərləndirib: “Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*