Avropa rəsmiləri Ermənistan hakimiyyətini cəzalandırmaq qərarına gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Hrapak” qəzeti yazıb. Nəşr bildirir ki, iyunun 19-25-də AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti pərdəarxası avropalı tərəfdaşlara 3 təkliflə çıxış edib. Təkliflər ermənipərəst addımlar və bəyanatlarla bağlı olub.
“Xüsusən də əsirlərin qaytarılması ilə bağlı təklif var idi. Amma hakim “Vətəndaş Müqavilə”si partiyasındakı mənbəmiz bildirdi ki, beynəlxalq partnyorlar deputatlarımızın təqdim etdiyi təkliflərlə, hazırlanmış mətnlə tanış olub və heç bir etirazlarının olmadığını bildiriblər.
Lakin İrəvan qərar verməyincə onlar heç bir məsələdə Ermənistanın maraqlarını müdafiə etməyəcəklər.
Ermənistan qərar verməlidir: Avropanın yanındadır, yoxsa Rusiyanın yanında? Son zamanlar Avropa rəsmiləri Ermənistan hakimiyyətinin atdığı addımları onları “atmaq” cəhdi kimi qiymətləndirirlər.
Buna görə də Ermənistanı cəzalandırmaq qərarına gəliblər. Ən azından Ermənistanı son qərarını və harada olduğuna qərar verməyə, Rusiya ilə əlaqələri tamamilə kəsməyə sövq edilir. AŞPA-ya gələn nümayəndələrdən şərh almaq mümkün olmadı”, – deyə qəzet qeyd edir.
Xuraman Etibarlı,
KONKRET.az
