Avropa İttifaqı G7-dən (Böyük Yeddilik) Ukraynaya kredit tranşı şəklində 3 milyard avro köçürüb.
KONKRET.az xəbər verir ki, bu məbləğ Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdir. Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində məlumat verib.Ukraynanın baş naziri Denis Şmıqal da öz növbəsində özünün “Telegram” kanalında Aİ-dən vəsaitlərin köçürülməsini təsdiqləyib. Onun sözlərinə görə, təşəbbüs Ukraynaya 50 milyard dollar ayırmağı planlaşdırır ki, bunun da 20 milyardı Avropa İttifaqı tərəfindən verilməlidir. Şmıqal əlavə edib ki, vəsait “Ukrayna büdcəsinin prioritet xərcləri üçün” istifadə olunacaq: “Bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilib”, – deyə Ukrayna baş naziri bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az