Qarabağ kanalına balıq tutmaq üçün elektrik cərəyanı verilir? – VİDEObackend

Qarabağ kanalına balıq tutmaq üçün elektrik cərəyanı verilir? - VİDEO

Qarabağ kanalının Yevlax və Bərdə rayonları ərazisindən keçən hissələrində, xüsusilə, Aran qəsəbəsi və ətraf kəndlərdən keçən sahələrdə elektrik cərəyanı verməklə qanunsuz balıq ovunun həyata keçirildiyi iddia edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə görüntülər daxil olub.

Görüntülərdə ölü balıqların suyun səthinə çıxması öz əksini tapıb və vətəndaş iddia edib ki, suya qanunsuz olaraq elektrik cərəyanı verilir və akvakultura məhv edilir.

Məsələ ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi cavab olaraq bildirib ki, qeyd olunan iddialar üzrə əraziyə dərhal nəzarət-baxış tədbirləri həyata keçirilib:

“Qarabağ kanalının Yevlax və Bərdə rayonları ərazisindən keçən hissələrində, Yevlax rayonunun Aran qəsəbəsi və ətraf kəndlərdən keçən sahələrində, eləcə də “Minstroy” korpusu adlanan ərazidə elektrik cərəyanı verməklə qanunsuz balıq ovunun həyata keçirilməsi ilə bağlı iddia üzrə Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən müvafiq nəzarət-baxış tədbirləri həyata keçirilib.

Baxış zamanı elektrik cərəyanı artırıcı (tok) avadanlıqlardan istifadə etməklə və digər qanunsuz üsullarla balıq ovu faktı aşkar edilməyib.

Bununla yanaşı, qeyd olunan ərazi Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən nəzarətə götürülüb və ərazidə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nəzarət-baxış tədbirləri mütəmadi olaraq davam etdirilir”.

Qarabağ kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*