Təcili Tibbi Yardım Xidmətinin “103” çağrı mərkəzinə zəng edərək xətti əsassız yerə məşğul edən şəxslə bağlı yayılan görüntülər araşdırılıb.
KONKRET.az-ın məlumatına görə, görüntülərdə əks olunan 27 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hazırda onun barəsində qanunvericiliyə uyğun məsuluyyət tədbirləri görülür.
