Altıncı sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı (Aİ) Rusiyanın üç dövlət telekanalının yayımını qadağan edəcək.
KONKRET.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib:
“Biz Rusiyanın üç böyük yayım şirkətinin yayımlarını qadağan edəcəyik. Onlar artıq öz kontentlərini Aİ-də yaymaq imkanına malik olmayacaqlar”.
Həmçinin O qeyd edib ki, bu yayım şirkətləri informasiyanı o cümlədən peyk vasitəsilə, internetdə və smartfonlar üçün proqramlar vasitəsilə də yayımlaya bilməyəcəklər.
Fon der Leyenin sözlərinə görə, sanksiyalara məruz qalacaq telekanallar “yalan və təbliğat” yaymaqla məşğuldur:
“Biz artıq onlara bu yalanları yaymaq üçün platforma verməməliyik”.//Lenta.ru
