Avropa Parlamentinin deputatı Dağlıq Qarabağa ikinci dəfə qanunsuz səfər etdi – FOTOLARbackend

Avropa Parlamentinin deputatı Dağlıq Qarabağa ikinci dəfə qanunsuz səfər etdi - FOTOLAR

Avropa Parlamentinin deputatı, “Almaniya üçün Alternativ” partiyasının üzvü Lars Patrik Berq Dağlıq Qarabağa ikinci dəfə qanunsuz səfər edib. Qeyd edək ki, deputat iki il bundan qabaq – 2017-ci il noyabrın 2-də separatçı qurumun “parlament”ində görüşlər keçirib və Almaniya ilə Qarabağ bölgəsi arasında münasibətlərin inkişafından danışıb.

KONKRET.az xəbər verir ki, o, jurnalist Anna Qriqoryana verdiyi müsahibədə bildirib ki, Qarabağın turizm, və kənd təsərrüfatının böyük potensialı var. “Səfər zamanı şərab istehsal edən, üzvi tərəvəz yetişdirən bir neçə sahibkarla görüşdüm. Düşünürəm ki, bu, böyük bir bazardır və ona kömək etməliyəm, çünki ABŞ, Avropa və digər ölkələrdə insanlar həqiqətən üzvi qidaya pul xərcləməyi çox sevirlər. Qarabağın dağları, qədim kilsələri, tarixi və gözəl insanları olan gözəl bir ölkədir.

Beləliklə, düşünürəm ki, bu da turizm sahəsində yaxşı əməkdaşlıq yaratmaq üçün Avropa Parlamentinin müzakirə mövzusu olacaq.Hesab edirəm ki, Qərbi Avropa Artsax bölgəsində mövcud olan münaqişənin həlli üçün sülh danışıqlarına kömək etməli və Türkiyədən gələn gərginliyə son qoymalıdır. Düşünürəm ki, bölgədə dinc aksiyaların təşviqi və gənclər üçün yeni imkanların yaradılması vacibdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*