Tanınmış amerikalı jurnalist Takker Karlson podkastında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas haqqında sərt fikirlər səsləndirib.
KONKRET.az xəbər verir ki, Karlson yaxın vaxtlarda diplomatların da iştirak etdiyi şam yeməyində Kallasla eyni masada olduğunu bildirib.
Onun sözlərinə görə, Kallas çıxış etmək üçün ayağa qalxdıqda zalda olanların reaksiyası diqqətini çəkib. Jurnalist iddia edib ki, iştirakçılar arasında təəccüb və narazılıq hiss olunurdu. Karlsonun sözlərinə görə, onlar “belə savadsız bir şəxsin Avropada bu qədər yüksək vəzifə tutmasına” heyrətlə yanaşıblar.
Takker Karlson həmçinin iddia edib ki, şam yeməyində iştirak edən digər şəxslər də Kallasın kifayət qədər məlumatlı olmaması və davranış tərzindən təəccübləniblər. Bu açıqlamalar Karlsonun şəxsi fikirləridir və Kaja Kallas tərəfindən hələlik bu iddialara münasibət bildirilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
