Avropada təbii qazın qiyməti yenə BAHALAŞDIbackend

Avropada təbii qazın qiyməti yenə BAHALAŞDI

Londonun “İCE Futures” birjasında bugünkü hərracların əvvəlində təbii qazın yanvar fyüçersləri 7,5 faiz bahalaşaraq 1130 UDS/1000 kubmetr qiymətinə satılıb.

KONKRET.az xəbər verir ki, TTF onlayn qaz satışı mərkəzinin indeksləri hərracın əvvəlində 1100 dollar həddini keçib.

Son iki saat ərzində qiymətlər 1105-1120 dollar arasında dəyişib.

Xatırladaq ki, TTF indekslərinin orta qiyməti oktyabr ayındakı 1100 dollarlıq rekorddan sonra noyabr ayında 950 dollaradək geriləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*