“Avropalı rəsmi dedi ki, Paşinyan Qarabağın Azərbaycana məxsus olması ilə çoxdan razılaşıb” – Aşotyanbackend

"Avropalı rəsmi dedi ki, Paşinyan Qarabağın Azərbaycana məxsus olması ilə çoxdan razılaşıb" - Aşotyan

“Rəsmi dedi ki, sizin baş nazir Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan Respublika partiyasının vitse-prezidenti  Armen Aşotyan Facebook-da canlı yayımda məlumat verib.

“Şərəfim var” fraksiyasının lideri Ayk Mamicanyan mətbuat konfransı zamanı mənim məlumatımı faktiki olaraq təsdiqlədi. Yüksək rütbəli bir avropalı məmur deputatların yanında deyib ki, niyə razı deyilsiz, baş naziriniz çoxdan razılaşıb axı. Qarabağ Azərbaycanın bir hissəsi olmalıdır və o, bu ifadələr üzərində danışıqlar aparır.

Bəli, Ayk iki fərqli mənbədən gələn və iki fərqli hadisəyə şahidlik edən məlumatımı təsdiqlədi”,- deyə Aşotyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Zamina Elturan
    Mart 3, 2023 - 18:11

    Paşinyan dəqiq bilir ki,Qarabağ əzəldən Azərbaycan torpağıdı və ermənilər də ruslar tərəfindən gəlmələr olaraq yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*