Avropalılar ən pis turistin gəldiyi ölkələrin adlarını açıqladılar - Siyahı
407
“YouGov” Agentliyi bütün Avropa ölkələrində sorğu keçirib. Konkret.az xəbər verir ki, sorğuda 29 minə yaxın respondent iştirak edib. “Hansı ölkədən gələn turist sizi qane edir?” sualına avropalılar Rusiya və İngiltərədən gələn turistlərə mənfi münasibətin olduğunu bildiriblər. Rusiyalı turistlər Almaniyada olduğu kimi Skandinaviya ölkələrində də tənqid edilib. İngilis turistləri Almaniyada respondentlərin 39 faizi bəyənmir. İspaniyada bir neçə ildir məşhur yay kurortlarında ingilis gəncləri sakinlərdə mənfi təəssürat yaradıb. Alman turistlər digər Avropa ölkələrində də həmişə sevinclə qarşılanmırlar. İspaniyada 17 faiz, Norveçdə isə respondentlərin 16 faizi onlardan narazıdır. Almaniyada öz daxili turistlərini “ən pis” siyahıya salanlar 15 faiz təşkil edib. Ancaq İtaliya və Fransada alman turistləri məmnunluqla qarşılayırlar. Reytinqin favoritləri Yaponiyadan olan səyahətçilər olub. Onlar təkcə Avropada deyil, Asiya ölkələrində də – İndoneziya, Malayziya, Filippin, Sinqapur və Taylandda ən yaxşı turist kimi tanınırlar.