Avropanın daha bir təşkilatı Rusiya ilə əməkdaşlığı DAYANDIRDIbackend

Avropanın daha bir təşkilatı Rusiya ilə əməkdaşlığı DAYANDIRDI

Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, təşkilata üzv ölkələrin xüsusi şurası Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişini, o cümlədən bütün məlumat mübadiləsini və kadr hazırlığını dayandırmaq qərarına gəlib.

EUMETSAT – Darmştadtda yerləşən hökumətlərarası təşkilatdır. O, peyklərin buraxılması və istismarı, peyk məlumatlarının son istifadəçilərə çatdırılması və operativ iqlim monitorinqinin asanlaşdırılması üçün məsuliyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*