Avstraliyada radioaktiv mikrokapsul yolda itdi: Axtarışlara başlanıldıbackend

Avstraliyada radioaktiv mikrokapsul yolda itdi: Axtarışlara başlanıldı

Avstraliyanın Radiasiya Təhlükəsizliyi Xidməti 1400 kilometrlik magistral yolda itmiş radioaktiv sezium kapsulunun axtarışına başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölçüsü 6-8 millimetr olan itirilmiş kapsulda radioaktiv izotop “Sezium-137” var.

Bildirilib ki, kapsul Nyumandan Pertə mədən avadanlığı aparan “Rio Tinto Group” şirkətinə məxsus yük maşınından düşüb. Kapsulun 1400 kilometrlik magistralın hansı hissəsində itdiyi dəqiq məlum deyil.

Qeyd edək ki, Avstraliyanın mədən şirkəti olan “Rio Tinto Group” baş vermiş hadisəyə görə üzr istəyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*