Su içməsin deyə 10 min dəvəni öldürəcəklərbackend

Su içməsin deyə 10 min dəvəni öldürəcəklər

Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət orqanları təxminən10 min dəvəni ona görə öldürmək istəyir ki, onlar çox su içirlər. Su isə Avstraliyanı bürüyən meşə yanğınlarının söndürülməsi üçün lazımdır. Heyvanların öldürülməsi üçün xüsusi beşgünlük kampaniya keçiriləcək. Kampaniya çərşənbə günü başlayacaq.

Bildirilir ki, su axtaran dəvələr hətta yerli sakinlərin evlərinə girirlər.

“Dəvələrin cəsədləri yandırılacaq və ya basdırılacaq”, – nəşr bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*