Avtobus qəzaya UĞRADI – YENİLƏNİBbackend

Avtobus qəzaya UĞRADI - YENİLƏNİB

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

Faktla bağlı araşdırma aparılır.

***

13:37

Muğanlı-İsmayıllı yolunun Ağsu dolaylarından keçən hissəsində qəza baş verib.

KONKRET.az xəbər verir ki, içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı ağaca çırpılıb

Qəza zamanı xəsarət alanların olduğu deyilir. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub, yaralılara ilkin yardım göstərilib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*