Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarına yeni standartların tətbiq olunacağı ilə bağlı məlumatlar gündəmdədir. Bu dəyişikliklərin vətəndaşlara və dövlətə əlavə maliyyə yükü yaradıb-yaratmayacağı isə maraq doğurur.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, vətəndaşlar üçün heç bir əlavə xərc nəzərdə tutulmur:

“Dövlət barədə dəqiq məlumat yoxdur, ancaq vətəndaşlar əlavə xərc çəkməyəcəklər. Köhnə nömrələr istifadədə qalır, məcburi dəyişmə olmayacaq.”
Digər nəqliyyat eksperti Aslan Əsədov isə vurğulayıb ki, Azərbaycanda heç vaxt dövlət qeydiyyat nişanlarının məcburi şəkildə dəyişdirilməsi prosesi aparılmayıb:

“Hal-hazırda da belə məcburi bir qayda yoxdur. Bu, sadəcə, standartlarla bağlı təkliflərdir. Məsələnin gündəmlə bağlı müəyyən proseslərin ola biləcəyi bildirilir. Bugün yol hərəkəti iştirakçılarına və nəqliyyat vasitələrinin sahiblərinə məlumat verilib.”
Ekspertlərin açıqlamalarından aydın olur ki, yeni standartların tətbiqi planlaşdırılsa da, mövcud nömrələrin dəyişdirilməsi məcburi deyil və vətəndaşlar üçün əlavə xərc gözlənmir.
Aynurə İsmayıl
KONKRET.az
