Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər…backend

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...

Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar.

Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə, sonradan həmin etibarnaməni istədiyi vaxt ləğv edə bilərmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyev qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər.

Onun sözlərinə görə, həmçinin etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər: “Bu norma onu göstərir ki, etibarnamə verən şəxs onu istənilən vaxt, heç bir səbəb göstərmədən ləğv etmək hüququna malikdir. Etibarnamənin 3 il, 5 il və ya daha uzun müddətə verilməsi bu hüququ məhdudlaşdırmır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnaməni ləğv etmək üçün avtomobil sahibi şəxsiyyət vəsiqəsi ilə istənilən notariat ofisinə və ya ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən notariat xidmətinə müraciət edə bilər. Etibarnamənin ləğvi notariat qaydasında rəsmiləşdirildikdən sonra o, hüquqi qüvvəsini itirmiş hesab olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*