Aya uçmaq üçün özünə sevgili axtarırbackend

Aya uçmaq üçün özünə sevgili axtarır

Yaponiyalı milyarder Yusaku Maesava raket və kosmik aparatlar isteshal edən “SpaceX”in Aya təşkil edəcəyi turist səfəri üçün özünə sevgili axtarır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı “moda imperatoru” özünün rəsmi internet səhifəsində artıq bunla bağlı elan da verib. Qızlar Yusaku ilə Aya getmək üçün yanvarın 17-dək müraciət edə bilərlər. Şərtlər iş adamının saytında dərc olunub. Yusaku Aya kiminlə gedəcəyini martda açıqlayacaq.

Aya uçuş 2023-cü ildə olacaq.

Qeyd edək ki, 3 milyard dollar sərvəti olan Maesava bir qədər əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılıb.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*