İsraildə yeni hökumətin qurulması Ayzenkota tapşırıldıbackend

İsraildə yeni hökumətin qurulması Ayzenkota tapşırıldı

İsrail Prezidenti İsxaq Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, yeni hökuməti formalaşdırmaq mandatını müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota verib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hersoq mandatın təqdim olunması mərasimində İsrailin uzun müddət fəaliyyət göstərə biləcək sabit hökumətə ehtiyacı olduğunu bildirib:

“Birlik naminə mümkün olan hər şeyi etməyin vaxtı çatıb”.

Ayzenkot isə hökumətin formalaşdırılması prosesini mümkün qədər tez başa çatdırmağa ümid etdiyini söyləyib.

Qeyd edək ki, parlament seçkilərində səslərin 100 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının daxil olduğu hakim koalisiya 120 yerlik Knessetdə 53 mandat qazanıb. Bununla da koalisiya parlamentdə çoxluğu təmin edə bilməyib.

Məlumat üçün bildirək ki, yeni hökuməti formalaşdırmaq mandatı alan Ayzenkotun hakim koalisiyanı yaratmaq üçün 28 gün vaxtı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*