Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – VİDEObackend

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi - VİDEO

Bakı şəhərində sürücü ayağını çölə çıxardaraq avtomobil idarə edib.

KONKRET.az-ın məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hörmətsizlik edib və ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilb: “İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi və məsuliyyətli olmağı xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*