AYNA-ya ciddi və əsaslı iradlarım var.
Yeni “labirint” xətləməniz sürücülər üçün ciddi təhlükə yaradır. Sürücü ətrafdan gələ biləcək risklərə fokuslanmır, onun yerinə gözü yerlərdəki xətdə olur. Bəzi yerlərdə bu hal təhlükə yaratmır, amma bəzi yerlərdə ciddi təhlükə yaradır, məsələn Bakıxanıv küçəsindən Tbilisi prospektində enəndə sağdan çıxışla dairəyə elə girməlidir ki, həm zolağı tapdalamasın həm də soldan gələnlərə yol versin, bu arada soldan gələnləri gözləyəndə də sarı xətli yerin üstündə gözləyir ki, orda da çox gözləmək olmaz. Orda hansısa qəza olsa buna görə maddi məsuliyyət daşıyırsınız.
İkincisi. güya xətləriniz standartlara uyğun çəkilir. o zaman zəhmət olmasa yolun yuxarı hissəsində, yəni yolun üstündə dəmir lövhələrdə hər şərid üzrə istiqamətləri göstərin, sadəcə yerdə çəkməyin; sıxlıq olanda yerdə olan xətti görmək olmur.
Üçüncüsü. deyək ki bir istiqamətdə 4 zolaq var. orda sol 2 zolaqdan düzünə, sağdan ikinci zolaqda düzünə və sağa, ən sağ zolaqda isə sadəcə sağa istiqamət mümkün olmalıdır. Siz nə edirsiniz? Sağdan 2 ci zolaqda istiqamətləri məhdudlaşdırırsınız, ya ancaq düzünə olur, ya da ancaq sağa qoyursunuz. Məsələn Tbilisi pr-dən üzü 20 Yanvara tərəf gedəndə Salamzadə küçəsinə çatanda sol 2 zolaqdan ancaq düz, sağ 2 zolaqdan ancaq sağa getmək olar. Həmin yerdə sürücülərin çoxu düzünə hərəkət edir, siz isə 4 zolaqdan ancaq 2sinə düzünə hərəkətə icazə verirsiniz. Həll; sağdan ikinci zolaq düzünə və sağa gedə bilməlidir. Bu qəbildən yerlər çoxdur, məsələn Bakıxanov ilə Səməd Vurğun kəsişməsində sirkə tərəf dönəndə, ancaq sağ zolaqdan sağa dönməyə icazə verilir, bu da həmin hissədə tıxanmaya səbəb olur.
Ümid edirəm yazımı oxuyub müvafiq dəyişiklikləri edəcəksiniz.
Fərhad Mehdiyev
