“Ayntraxt” Bakıda azarkeşsiz qalacaq – QADAĞAbackend

“Ayntraxt” Bakıda azarkeşsiz qalacaq - QADAĞA

Çempionlar Liqası çərçivəsində “Ayntraxt”ın Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunu üçün azarkeşlərinə bilet satılmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib.

Bildirilib ki, buna səbəb Almaniya təmsilçisinin ötən tur “Barselona” ilə baş tutan səfər oyuunda priotexniki vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*