Azad edilən ərazilərdən 64 raket, 8 HHM sistemi aşkar edildibackend

Azad edilən ərazilərdən 64 raket, 8 HHM sistemi aşkar edildi

İşğaldan azad edilmiş ərazilərin bir hissəsində erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatlardan 2021-ci il ərzində aşkar edilənlərin statistikası açıqlanıb.

DİN Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilmiş hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*